Xəzər Xəbər

Prezident İlham Əliyev tunisli həmkarını təbrik edib

Gündəm | 15:25 • 19 Mart 2019
Prezident İlham Əliyev tunisli həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidentiİlham ƏliyevTunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Tunis əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına sülh və rifah diləyirəm".

Xəbər lenti