Xəzər Xəbər

Hikmət Hacıyev Almaniya XİN-in Şərqi Avropa bölməsinin direktoru ilə görüşüb

Gündəm | 19:12 • 18 Mart 2019
Hikmət Hacıyev Almaniya XİN-in Şərqi Avropa bölməsinin direktoru ilə görüşüb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyaya səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə ofisinin rəhbəri səfir Maykl Siebert ilə görüşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün Tvitter səhifəsində bildirib.

Görüşdə ikitərəfli əlaqələr, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində şöbə müdirinin Almaniya Prezidenti və Kansleri Aparatında, aparıcı elmi-tədqiqat mərkəzlərində görüşləri, həmçinin Bundestaqda Cənubi Qafqaz mövzusunda çıxışı nəzərdə tutulub.

Xəbər lenti

Çox oxunanlar