Xəzər Xəbər

İlin sonunadək 3700 köçkün ailəsi yeni evlərə köçürüləcək

Gündəm | 12:09 • 17 Mart 2019
İlin sonunadək 3700 köçkün ailəsi yeni evlərə köçürüləcək
Məcburi köçkünlərin yeni mənzillərə köçurulməsi davam edəcək.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məlumat verib.

Komitə sədri "Report"a müsahibəsində bildirib ki, ilin sonuna qədər Bakı ilə yanaşı bölgələrdə məskunlaşan məcburi köçkünlərin də yeni mənzilərə köçürülməsi davam edəcək. İlin sonuna qədər 3700 məcburi köçkün ailəsinin dövlət komitəsi tərəfindən yeni tikilən şəhərciklərə köçürülməsi nəzərdə tutulub.

İlk növbədə qəzalı binalarda, zirzəmilərdə çətin şəraitdə yaşayan ailələr köçürüləcək.

Komitə sədri həmçinin qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən yeni şəhərciklərin tikilməsi nəzərdə tutulub. Bu mənzillər 2000 məcburi köçkün ailəsini əhatə edəcək.

R.Rzayev həmçinin Bayıl qəsəbəsində təhlükəli ərazidə yaşayan məcburi köçkünlərin də köçürülməsi üçün işlərin başlandığını bildirib. O, bu istiqamətdə yerli rayon icra hakimiyyətində işlərin aparıldığını və 27 ailənin köçürüləcəyini qeyd edib.

Xəbər lenti