Xəzər Xəbər

Bayram günü elektrik enerjisində problem olarsa, bu nömrəyə zəng edin

Gündəm | 18:12 • 15 Mart 2019
Bayram günü elektrik enerjisində problem olarsa,

Mart ayının 19 –dan 27-ə qədər "Azərişıq” ASC-nin Mərkəzi Aparatı və Regional Elektrik Təchizatı və Satışı İdarələri üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.

Qurumdan XəzərXəbər-ə verilən məlumata görə, Bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək.

Texniki direktorluğa tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək, zəruri olan mal-materialların ehtiyatı yaradılacaq. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq. 199 saylı "Çağrı mərkəzi” 24 saat xidmətinizdədir

Xəbər lenti