Xəzər Xəbər

Novruz Məmmədov: “Əlverişli rəqabət mühiti yaradılıb”

Gündəm | 14:53 • 15 Mart 2019
Novruz Məmmədov: “Əlverişli rəqabət mühiti yaradılıb”
Azərbaycanın Baş naziri Novruz Məmmədov Milli Məclisdə çıxışı zamanı sahibkarlara yaradılan şərait haqqında danışıb.

Baş nazir dövlət-sahibkarlıq münasibətlərinin inkişaf etdiyini bildirib.

O deyib ki, ölkədə əlverişli rəqabət mühiti yaradılıb, sahibkarlıqla bağlı elektron xidmətlərin sayı çoxaldılıb.

Novruz Məmmədov bildirib ki, məhz görülən işlərin nəticəsində sahibkarlığın özəl sektorda ümumdaxili məhsulun payı artıb:

"Dünya Bankı tərəfindən hazırlanan hesabatda Azərbaycan MDB məkanında lider səviyyəyə yüksəldilib. Dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil olunub”.

Baş nazir əlavə edib ki, hesabat ilində dövlət kənd təsərrüfatı sahəsinə xüsusi diqqət ayırıb, o cümlədən bu sahəyə subsidiyalar verilib, ixrac missiyaları dətəklənib: "Böyük, orta və kiçik sahibkarlıq subyektləri müəyyən edilib, onların su və qaz xətlərinə qoşulması proseduru sadələşdirilib. Həmçinin Sahibkarlıq Fondunun vasitəsilə 160 milyon manat kredit verilib”.

Xəbər lenti