Xəzər Xəbər

Bərk məişət və plastik tullantılarla bağlı görüş keçirildi

Gündəm | 14:09 • 14 Mart 2019
Bərk məişət və plastik tullantılarla bağlı görüş keçirildi

Bu sahədə qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə olunub.

Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat Nazirliklərinin təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı növbəti görüş Lənkəran, Cəlilabad, Biləsuvar, Masallı, Astara, Lerik, Yardımlı rayonları üzrə maraqlı tərəflərin iştirakı ilə keçirilib.

XəzərXəbər xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat Nazirliklərinin, yerli idarəetmə orqanlarının nümayəndələri və sahibkarların iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş təqdimat keçirilib.

Daha sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə olunub.

Xəbər lenti