Xəzər Xəbər

“Qarabağ” və “Qəbələ” futbolçuları prezidentlə görüşdülər - FOTO

Gündəm | 11:43 • 14 Mart 2019
“Qarabağ” və “Qəbələ” futbolçuları prezidentlə görüşdülər -

Albaniya prezidenti İlir Meta ölkəmizə səfər edib.

"Qafqazinfo” xəbər verir ki, o, martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.

Səfər çərçivəsində ölkəmizdə çıxış edən albaniyalı futbolçular - Sabien Lilay ("Qəbələ") və Ansi Aqolli ("Qarabağ") ölkə başçısı ilə görüşmək imkanı əldə ediblər. Futbolçular görüşə görə ölkə başçısına təşəkkür ediblər.

Qeyd edək ki, Albaniya Prezidenti İlir Meta Bakıda keçirilən əvvəlki forumlarda da iştirak edib. Artıq 5 ildən çoxdur ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniya hökuməti ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Albaniyanın üç sabiq prezidenti - Bujar Nishani, Rexhep Meidani, Sali Berisha mərkəzin üzvləridir.



Xəbər lenti