Xəzər Xəbər

Nəcməddin Sadıkov Bolqarıstan müdafiə naziri ilə görüşüb - FOTO

Gündəm | 14:56 • 13 Mart 2019
Nəcməddin Sadıkov Bolqarıstan müdafiə naziri ilə görüşüb -
Martın 13-də Sofiya şəhərində Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla Bolqarıstan Respublikası Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – Müdafiə naziri cənab Krasimir Karakaçanov arasında görüş keçirilib.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tərəflər regional təhlükəsizlik problemləri, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.
Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib və onun genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Xəbər lenti