Xəzər Xəbər

Mehriban Əliyeva David Hayat ilə görüşüb

Gündəm | 16:43 • 11 Mart 2019
Mehriban Əliyeva David Hayat ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 11-də Parisdə Fransanın Milli Xərçəng İnstitutunun təsisçisi və keçmiş prezidenti professor David Hayat ilə görüşüb.

XəzərXəbər xəbər verir ki, görüşdə onkoloji xəstəliklərin qarşısının alınması, bu sahədə təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Həmçinin görüşdə iki ölkənin onkologiya mərkəzləri arasında sıx əməkdaşlığın qurulmasının və birgə layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulandı.

Xəbər lenti