Xəzər Xəbər

SIPRI: Azərbaycan silah idxalına görə dünyada 23-cü yeri tutub

Gündəm | 10:53 • 11 Mart 2019
SIPRI: Azərbaycan silah idxalına görə dünyada 23-cü yeri tutub

Azərbaycan 2014-2018-ci illərdə silah idxalına görə dünyada 23-cü yeri tutub.


"Report" xəbər verir ki, bu barədə Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutunun (SİRPİ) araşdırmasında göstərilir.


Araşdırmaya əsasən, göstərilən dövrdə Azərbaycanın əsas silah təchizatçıları Rusiya (51%), İsrail (43%) və Türkiyədir (2,8%).


Dünyada ən böyük silah ixracatçılarının reytinqində ilk üçlükdə ABŞ, Rusiya, Fransa qərarlaşıb. Son beş ildə Rusiyanın silah ixracatı azalıb və ABŞ dominant mövqeyini daha da gücləndirib.


Dünyanın ən böyük 5 silah ixracatçısı olan ABŞ, Rusiya, Fransa, Almaniya və Çin 2014-cü ildən 2018-ci ilədək ümumilikdə silah ixracının 75%-ni təmin edib.


Çin, Böyük Britaniya, İspaniya, İsrail, İtaliya, Hollandiya da silah təchizatçılarının "top-10"luğunda yer alıb.


Dünyanın ən böyük silah idxalçısı 2014-2018-ci illərdə Səudiyyə Ərəbistanı olub. Krallıq ölkəsi 2009-2013-cü illərlə müqayisədə idxalı 192% artırıb.

Xəbər lenti