Xəzər Xəbər

Yüksək dağlıq ərazilərdə qar uçqunu olacaq XƏBƏRDARLIQ

Gündəm | 14:03 • 9 Mart 2019
Yüksək dağlıq ərazilərdə qar uçqunu olacaq

Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq. Yağmursuz keçəcək, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Bu barədə XəzərXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidreometerologiya Departamentindən məlumat verilib.

Məlumatda bildirilir ki, havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti təşkil edəcək.

Martın 10-da gün ərzində Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Martın 10-dan 13-dək cənub-qərb küləyinin arabir güclənməsi, temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var.

Bölgələrdə də sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.

Xəbər lenti