Xəzər Xəbər

Sabah Milli Məclisin plenar iclası keçiriləcək

Gündəm | 09:53 • 4 Mart 2019
Sabah Milli Məclisin plenar iclası keçiriləcək
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.


XəzərXəbər xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib. İclasda Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsi dinləniləcək.

Bundan başqa, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqüında", "Pasportlar haqqında", "Gənclər siyasəti haqqında" və s. qanunlara, o cümlədən Torpaq, Şəhərsalma və Tikinti, Cinayət, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri müzakirə olunacaq.

Xəbər lenti