Xəzər Xəbər

Meşələrin modernləşdirilməsi üçün texnikalar alınacaq

Gündəm | 09:52 • 23 Fevral 2019
Meşələrin modernləşdirilməsi üçün texnikalar alınacaq
Meşələrin modernləşdirilməsi istiqamətində görüləcək tədbilərdən biri də müasir texnikalarn alınmasıdır.


XəzərXəbər xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

Sektor müdiri bildirib ki, qapalı kök sistemi tingliyinin, müasir toxumçuluq laboratoriyasının yaradılması da nəzərdə tutulur:

"Tədbirlərin həyata keçirilməsi nəticəsində meşə təsərrüfatının idarə olunmasında ciddi dönüşə nail olmaqla meşə ehtiyatlarının davamlı və dayanıqlı istifadə edilməsinə nail olunacaq".

Xəbər lenti