Xəzər Xəbər

Qarın yağması avtovağzalın işinə təsir edib? Açıqlama

Gündəm | 14:35 • 19 Fevral 2019
Qarın yağması avtovağzalın işinə təsir edib?

Bölgələrə səfər edən avtobuslarda bugünkü hava şəraiti ilə bağlı problem yaşanmayıb.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova deyib. O bildirib ki, avtobuslar qarlı hava şəraitinə tam hazırdır:

"Avtovağzal təkcə indi yox, ümumiyyətlə, fəsil başlayandan qış rejiminə keçib. Sürücülər getdikləri yolun vəziyyətindən xəbərdardırlar. Hava şəraitinin necə olmasından asılı olmayaraq, avtobuslar Kürdəmir yolu ilə hərəkət edir. Hazırda isə həmin yolda vəziyyət normaldır və hələ ki, heç bir reys təxirə salınmayıb”.

Qeyd edək ki, gecə saatlarından Bakıda və rayonlarda müşahidə edilən qar sürücülərə Bakı-Şamaxı-Yevlax və İsmayıllı-Lahıc yolunda çətinlik yaradıb.


Xəbər lenti