Xəzər Xəbər

"İstehsalçılar qiymətləri dövlətin razılığı olmadan qaldıra bilməz" - Nazir

Gündəm | 14:29 • 18 Fevral 2019
"İstehsalçılar qiymətləri dövlətin razılığı olmadan qaldıra bilməz" - Nazir

"Dövlət tərəfindən ölkədə süni qiymət addımlarının qarşısının alınması üçün tədbirlər görülür".

XəzərXəbər xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkəyə idxal olunan, payı 35 faizdən yuxarı olan idxalçılar, eyni zamanda istehsalda anoloji payı olan istehsalçılar nəzarətdədir və onların qiymətləri dövlətin razılığı olmadan qaldırıla bilməz.

"Bu baxımdan süni qiymət artımına yol verilmir, proses nəzarət altındadır. Digər tərəfdən elə sferalar var ki, orada hökmran mövqeyə malik istehsalçılar və ya idxalçılar mövcud deyil. Belə olan hallarda bazar qiymətləri tənzimləyir".

Xəbər lenti

Çox oxunanlar