Xəzər Xəbər

Zakir Həsənov İDEX - 2019 sərgisində iştirak edir

Gündəm | 16:36 • 17 Fevral 2019
Zakir Həsənov İDEX - 2019 sərgisində iştirak edir

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun dəvəti ilə Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib.

XəzərXəbər-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata əsasən, mərasimdən sonra general-polkovnik Z.Həsənov sərgi ilə tanış olub və burada qabaqcıl silah istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və hərbi vasitələrin nümunələrinə baxış keçirib.

Xəbər lenti