Xəzər Xəbər

Magistraturaya qəbul olmaq istəyənlərə XƏBƏRDARLIQ

Gündəm | 15:43 • 15 Fevral 2019
Magistraturaya qəbul olmaq istəyənlərə

Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara xəbərdarlıq edib.

DİM-dən XəzərXəbər-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Qəbul imtahanının 1-ci mərhələsi fevralın 24-də keçiriləcək. Buraxılış vərəqəsini çap etmək üçünhttps://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq.

Xəbər lenti