Xəzər Xəbər

Azərbaycanda tələbələr üçün yeni kredit sistemi yaradılır

Gündəm | 15:44 • 15 Fevral 2019
Azərbaycanda tələbələr üçün yeni kredit sistemi yaradılır

Azərbaycanda tələbələrə kredit verilməsi ilə bağlı yeni sistem yaradılacaq.

XəzərXəbər xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu sistem daha çox gələcəyə hesablanmış olacaq:

2015-ci ildə pilot layihə olaraq bir sıra ali təhsil müəssisələrinin iştirakı ilə "Maairfçi” Kredit Fondu yaradılmışdı. Bu Fond hələ də fəaliyyətini davam etdirir. Bu vaxta qədər Fond tərəfindən 220-dən çox kredit verilib. Lakin ölkədə ehtiyacı olan bütün tələbələrə kreditin yalnız ali təhsil müəssisələrinin daxili imkanları hesabına təmin etmək asan deyil. Bu təcrübədən istifadə edərək aidiyyəti nazirliklərlə birlikdə yeni sistemin yaradılması üçün hazırlıqlar görülür”.

Nazir bildirib ki, yeni kredit sistemi gələcəyə hədəflənməli, uzun illərə hesablanmalıdır.

"Tələbə kreditləri adi kreditlərdən fərqli şəkildə verilməlidir. Bu işdə hər zaman dövlətin dəstəyi olmalıdır. Buna görə də tələbə krediti məsələsi üzrə yaradılan İşçi qrup aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə işləyir. Hesab edirəm ki, yekun layihə yaxın zamanlarda hökumətə təqdim ediləcək. Bu məsələyə böyük nikbinliklə baxırıq. İnanırıq ki, 2019-2020-ci tədris ilində Azərbaycanda işlək tələbə kredit sistemi təsis ediləcək".

Gülxar

Xəbər lenti