Xəzər Xəbər

Elmar Məmmədyarov Almaniyaya səfərə getdi

Gündəm | 14:30 • 14 Fevral 2019
Elmar Məmmədyarov Almaniyaya səfərə getdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, səfərdə məqsəd fevralın 15-dən 17-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etməkdir.

Səfər çərçivəsində xarici işlər nazirinin 55-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı ilə yanaşı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.


Xəbər lenti