Xəzər Xəbər

Prezident serbiyalı həmkarını təbrik etdi

Gündəm | 14:16 • 14 Fevral 2019
Prezident serbiyalı həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçə təbrik məktubu göndərib.

XəzərXəbər xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Serbiya arasındakı strateji tərəfdaşlıq münasibətləri, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına sülh və rifah arzulayıram.

Xəbər lenti