Xəzər Xəbər

Səfir: İran və Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir

Gündəm | 15:11 • 8 Fevral 2019
Səfir: İran və Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir

İran və Azərbaycanın hərbi əməkdaşlığının daha da inkişaf etməsinə ümid edirik.


Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında deyib.


C.Cahangirzadənin sözlərinə görə, İran Azərbaycanı özünə dost və qardaş ölkə hesab edir:


"Hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan və İranın hərbi əməkdaşlığı ilə əlaqədar İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqerinin Azərbaycana səfərini xüsusi qeyd etmək olar. Bu səfər iki ölkənin hərbi sahədə əməkdaşlıqlarının yüksək səviyyədə olduğunu göstərir".


Xatırladaq ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqeri 16-17 yanvarda Azərbaycanda səfərdə olub. (Trend)

Xəbər lenti