Xəzər Xəbər

Avropa çempionatında qonaqlar bu hotel və bazalardan istifadə edəcək UEFA açıqladı

Gündəm | 13:08 • 8 Fevral 2019
Avropa çempionatında qonaqlar bu hotel və bazalardan istifadə edəcək

UEFA 2020-ci il Avropa çempionatının keçiriləcəyi şəhərlərdəki iştirakçı milli komandalar üçün təlim-məşq bazaları və otellərin onlayn-kataloqunu təqdim edib.

XəzərXəbər xəbər verir ki, kataloqun müəllifləri iki il ərzində 150 otel və 100 bazanı ziyarət ediblər. Yekunda onlar Avropa çempionatına vəsiqə qazanacaq yığmalara geniş seçim imkanı yaradıblar.

Kataloqda ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək Bakıya aid bölmədə dəst formasında 3 stadion və eyni sayda hotel yer alıb. "Bakcell Arena”nı seçəcək komanda "Fairmont Baku Flame Towers Hotel”də məskunlaşa bilər. "Dalğa Arena” üçün "Bilgah Beach Hotel” təqdim olunub. Tofiq Bəhramov adına Respublika stadionuna üstünlük verəcək kollektivə isə "Excelsior Hotel & Spa Baku” təklif edilib.

Qeyd edək ki, qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 68700 nəfərlik arenada matçlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda olacaq.

Xəbər lenti