Xəzər Xəbər

PA açıqladı: Ən çox bu rayonlardan müraciət olunur

Gündəm | 13:04 • 8 Fevral 2019
PA açıqladı:

Prezident Administrasiyasına Bakı şəhərinin bəzi rayonlarından, Gəncə, Mingəçevir, Naftalan, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Hacıqabul, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Oğuz, Saatlı, Şamaxı, Şəmkir, Zəngilan rayonlarından daxil olan müraciətlərin sayı əvvəlki illərlə müqayisədə artıb.

XəzərXəbər xəbər verir ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov Azərtac-da yayımlanan "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsində yazıb.

S.İsmayılov bildirib ki, 2018-ci ildə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı Bakının Xətai, Xəzər və Sabunçu rayonlarında daha çox olub:

"Vətəndaşların müraciətlərinin coğrafiyası, mövzusu, növləri ilə yanaşı, hər 1000 nəfərə düşən müraciətlərin sayı da böyük önəm daşıyır və bu göstərici yerlərdə vətəndaş müraciətlərinin dinamikası və ümumi vəziyyəti barədə daha aydın təsəvvür yaradır. 2018-ci ildə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı Bakının Xətai, Xəzər və Sabunçu rayonları, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, İmişli, Kəlbəcər, Laçın, Saatlı, digər şəhər və rayonlarda daha yüksək olub.

Müraciətlərin ümumi sayının bir qədər artmasını həm də onunla izah etmək olar ki, indi internet şəbəkəsinin gündən-günə genişlənməsi Prezidentin rəsmi saytı, həmçinin bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının saytları vasitəsilə vətəndaşların eyni vaxtda eyni məzmunlu müraciətlərlə bir neçə ünvana elektron formada müraciət etməsinə imkan verir. Onlar bu imkandan daha geniş yararlanırlar.

Müraciətlərin mövzularına nəzər saldıqda isə daha çox sosial müdafiə, dövlət qulluğu, hüquq mühafizə orqanlarının fəaliyyəti, o cümlədən əfv məsələləri, habelə mənzil, şəhərsalma və tikinti, nəqliyyat, maliyyə və bank, bələdiyyələrin fəaliyyəti və digər məsələlər üstünlük təşkil edir”.

Xəbər lenti