Xəzər Xəbər

Zəlzələdən sonra afterşoklar davam edəcək - Qurban Yetirmişli

Gündəm | 13:52 • 7 Fevral 2019
Zəlzələdən sonra afterşoklar davam edəcək - Qurban Yetirmişli

Fevralın 5-də İsmayıllı-Şamaxı zınasına baş verən zəlzələdən sonra afterşoklar davam edir.

Bu sözləri açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Direktor bildirib ki, qeydə alınan afterşokların maqnitudası 1-2-dən yüksək deyil:

"Zəlzələnin hiss olunması üçün 3 baldan yüksək olmalıdır. Buna görə də dünəndən baş verən afterşoklar ancaq cihazlar tərəfindən qeydə alınır, insanlar bunu hiss etmir. Hələ bir neçə gün afterşokların davam etməsi gözlənilir”.

Q.Yetirmişli bildirib ki, Mərkəzin əməkdaşları dünəndən ərazidə monitorinqlər aparırlar:

"Stansiyalarımızdan əlavə ərazidə mobil stansiyalar qurulub. Bununla da zəlzələ zonasında baş verən hər bir geofiziki hadisə nəzarətdə saxlanılır”.

Qeyd edək ki, fevralın 5-də İsmayıllı rayonunda iki zəlzələ qeydə alınıb. Zəlzələ İsmayıllı, Ağsu və eləcə də bir sıra rayonlarda, Bakının bəzi ərazilərində hiss olunub.

Xəbər lenti