Xəzər Xəbər

Qarabağ müharibəsində 4500-dən çox insan itkin düşüb

Gündəm | 13:21 • 7 Fevral 2019
Qarabağ müharibəsində 4500-dən çox insan itkin düşüb
Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4500-dən artıq insan itkin düşüb.


XəzərXəbər xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyində keçirilən tədbirdə çıxış edən İtkin düşən şəxslərlə iş proqramının koordinatoru Daniel Messerli məlumat verib. Onun sözlərinə görə, həmin şəxslər münaqişə zamanı itkin düşüblər.

"Bu gün bizdə olan məlumata görə, Dağlıq Qarabağ Münaqişəsi zamanı müxtəlif millətlərin nümayəndəsi olan 4500 nəfər itkin düşüb. Onlardan 3800 nəfəri Bakı nümayəndəliyi tərəfindən qeydə alınıb. Qalanları isə İrəvan nümayəndəliyi və Dağlıq Qarabağ missiyası tərəfindən qeydə alınıb. İtkin düşən şəxslərin 80%-i hərbçilərdir".

D.Messeri qeyd edib ki, BQXK həyata keçirdiyi bütün layihələri müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır: "Toplanılan məlumatlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınır. Gələcəkdə eksqumasiya məsələsi yaranarsa, həmin baza məlumatlarından istifadə ediləcək".

Xəbər lenti