Xəzər Xəbər

“Keçən il şəhid ailələrinə və vərəsələrinə 34,1 milyon vəsait ödənilib” PA-nın şöbə müdiri

Gündəm | 11:02 • 7 Fevral 2019
“Keçən il şəhid ailələrinə və vərəsələrinə 34,1 milyon vəsait ödənilib”
Ötən il Azərbaycan Respublikası Prezidentinin xalqın rifahına xidmət edən fərman və sərəncamları, imzaladığı qanunlar böyük rəğbətlə qarşılanıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovməqaləsində bildirib.


Məqalədə vurğulanıb ki, dövlət başçısının 2018-ci ildə imzaladığı 428 qanunun, 617 fərmanın, 1055 sərəncamın əksəriyyəti ölkədə demokratik təsisatların daha da gücləndirilməsinə, idarəetmə strukturlarının təkmilləşdirilməsinə, iqtisadi islahatların davam etdirilməsinə və sosial infrastrukturun yaxşılaşdırılmasına yönəldilib.

"Cənab İlham Əliyevin prezident seçkilərindən sonra imzaladığı ilk fərman Vətən uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə, onların vərəsələrinə 11 min manat həcmində yardım göstərilməsi barədə olub. Bu sahədə böyük işlər görülmüş və təkcə keçən il şəhid ailələrinə və onların vərəsələrinə 34,1 milyon vəsait ödənilib.

Prezidentin sərəncamları ilə bir çox sosial obyektlərin tikintisinə, avtomobil yollarının çəkilməsinə və digər məqsədlərə böyük məbləğdə vəsait ayrılıb. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dövlət başçısının 69 sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış 329 milyon manat vəsaitlə 41 şəhər və rayonda abadlıq-quruculuq işləri görülüb, sosial iaşə obyektləri tikilib, 22 şəhər və rayonda əsaslı yenidənqurma işləri aparılıb, 13 rayonda yeni təhsil ocaqlarının inşasına başlanıb, 6 rayonda isə yeni yollar və körpülər tikilib. Prezidentin Ehtiyat Fondundan bir çox ictimai təşkilatlara və dini icmalara, kütləvi informasiya vasitələrinə, tarix və mədəniyyət abidələrinin bərpasına göstərilən yardımlar ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb", - deyə Süleyman İsmayılov vurğulayıb.

Xəbər lenti