Xəzər Xəbər

Fevralın 12-dək yağış gözlənilir - Xəbərdarlıq

Gündəm | 09:27 • 7 Fevral 2019
Fevralın 12-dək yağış gözlənilir - Xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Nazirliyin Milli hidrometeorologiya departamentindən XəzərXəbər-ə verilən məlumata görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18, arabir 20-23 m/s, fevralın 8-də isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.


Azərbaycanın rayonlarında fevralın 7-8-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi, fevralın 8-i axşamdan fevralın 12-dək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Xəbər lenti