Xəzər Xəbər

"Kredit faizlərini onlar deyil, dövlət ödəyəcək

Gündəm | 13:43 • 6 Fevral 2019
"Kredit faizlərini onlar deyil, dövlət ödəyəcək

Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə "Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər.

"Texnikanın gömrük dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək. Qiymətin qalan hissəsi bankda maksimum 5 il müddətinə kredit şəklində rəsmiləşdiriləcək. Kredit faizlərini fermer deyil, dövlət ödəyəcək”.

Xəbər lenti