Xəzər Xəbər

Zəlzələnin sürüşmə zonalarına təsiri araşdırılır

Gündəm | 11:55 • 6 Fevral 2019
Zəlzələnin sürüşmə zonalarına təsiri araşdırılır

Şamaxı, Ağsu və İsmayıllı rayonu ərazilərində baş verən zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək üçün əməkdaşlarımız həmin ərazilərə ezam edilib.

Bu barədə XəzərXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi, qərargah üzvü Əziz Qaralov məlumat verib.

Ə.Qaralov bildirib ki, Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb.

"Həmin işçi qrupu yerlərdə monitorinq və müşahidələr aparacaq. Monitorinqlərin nəticəsi barədə məlumat veriləcək”.

Qeyd edək ki, hər üç rayonda aktiv sürüşmə sahələri var.

Xəbər lenti