Xəzər Xəbər

Qurban Yetirmişli təcili Şamaxıya getdi

Gündəm | 11:21 • 6 Fevral 2019
Qurban Yetirmişli təcili Şamaxıya getdi
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ötən gün baş vermiş zəlzələ ilə əlaqədar Şamaxı rayonuna səfər edib.


Bu barədə direktor özü məlumat verib. Bildirib ki, səhər saatlarında zəlzələ bölgəsinə səfər edib. Hazırda ərazidə təhqiqat işləri aparılır.

Qeyd edək ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində yeraltı təkan qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub. Yeraltı təkanlar nəticəsində 30 nəfər təcili tibbi yardıma müraciət edib, 12-yə yaxın tikiliyə ziyan dəyib.

Xəbər lenti