Xəzər Xəbər

Zəlzələdən sonra rayonlarda vəziyyət necədir? SON DURUM

Gündəm | 10:01 • 6 Fevral 2019
Zəlzələdən sonra rayonlarda vəziyyət necədir?

Ötən gün İsmayıllı rayonu ərazisində baş verən zəlzələ respublikanın bir sıra şəhər və rayonlarında hiss olunub.

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev açıqlamasında bildirib ki, zəlzələnin episentrinin yerləşdiyi kənd daha çox Şamaxı və Ağsu rayonlarına yaxındır:

"Episentr İsmayıllıda olduğundan zəlzələ həm şəhər mərkəzində, həm də bütün kəndlərdə hiss edilib. Yalnız Sulut kəndində köhnə və əvvəldən qəzalı vəziyyətdə olan evlərdə çatlar əmələ gəlib. Hazırda həmin evlərə baxış keçirilir. Ancaq zəlzələnin təsiri daha çox Şamaxı və Ağsuda hiss olunub. Ümumiyyətlı, İsmayıllı seysmik zonadır. Rayonun 60 faizi dağlıq və yeni dağəmələ gəlmə zonasından ibarətdir. Ona görə də tez-tez aktivlik qeydə alınır”.

R.Ağayev bildirib ki, zəlzələ nəticəsində xəsarət alan olmayıb.

Ağsu rayon İcra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov zəlzələlənin Kalva və Dilman kəndlərində hiss edildiyini deyib:

"Həmin kəndlərdəki evlərin çatların yaranması barədə məlumat daxil olub. Hazırda əməkdaşlarımız həmin çatların vəziyyətini, onların yeni, yoxsa köhnə olmasını müəyyən edir. Ola bilər ki, əvvəlki çatlar bir az da dərinləşmiş olsun. Lakin zəlzələ nəticəsində dağıntı və ya xəsarət alan olmayıb”.

Xəbər lenti