Xəzər Xəbər

Kəmaləddin Heydərov zəlzələ bölgəsində

Gündəm | 09:42 • 6 Fevral 2019
Kəmaləddin Heydərov zəlzələ bölgəsində
Fevralın 6-də səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin digər rəhbər şəxsləri və mütəxəssislər zəlzələnin nəticələrinin araşdırılması məqsədilə bölgəyə gəliblər.

XəzərXəbər xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, əlavə məlumat veriləcək.


***

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ bölgəsinə səfər edib.


XəzərXəbər-in məlumatına görə, nazir zəlzələnin zərər vurduğu əraziyə baş çəkib, yerli sakinlərlə görüşüb.

Qeyd edək ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdəİsmayıllı ərazisində yeraltı təkan qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

Xəbər lenti