Xəzər Xəbər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Gündəm | 09:34 • 6 Fevral 2019
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Azərbaycan Milli Məclisinin fevralın 12-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.


XəzərXəbər xəbər verir ki, iclasın gündəliyinə 32 məsələ daxil edilib.

İclasda əvvəlcə bələdiyyələrlə bağlı illik məruzə dinləniləcək.

Gündəliyə daxil edilən digər məsələlər isə "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, "Milli Məclisin komitələri haqqında”, "Gənclər siyasəti haqqında”, "Vəkillər və vəkillik fəaliyyəti haqqında”, "Azərbaycan Respublikasının konsul Nizamnaməsi”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, "Valyuta tənzimi haqqında” qanunlarına, o cümlədən Cəzaların İcrası, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, deputat "Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında”, "Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihələrinə də (ikinci oxunuşda) baxacaqlar.

Xəbər lenti