Xəzər Xəbər

FHN İsmayıllıda baş verən zəlzələ ilə əlaqədar məlumat yayıb

Gündəm | 07:50 • 6 Fevral 2019
FHN İsmayıllıda baş verən zəlzələ ilə əlaqədar məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi İsmayıllıda baş verən zəlzələ ilə əlaqədar məlumat yayıb.

FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, Azərbaycan Milli Elimlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Qeyd olunan ərazilərdə zəlzələ nəticəsində dəymiş ziyan araşdırılır.

Xəbər lenti