Xəzər Xəbər

Azərbaycanda GÜCLÜ ZƏLZƏLƏ OLDU - Evlər çatladı

Gündəm | 00:08 • 6 Fevral 2019
Azərbaycanda GÜCLÜ ZƏLZƏLƏ OLDU - Evlər çatladı

Azərbaycanda güclü zəlzələ olub.

XəzərXəbər xəbər verir ki, yeraltı təkanlar Ağsu rayonunda olub. Bu barədə yerli sakinlər sosial şəbəkədə yazıb. Yeraltı təkanların 5-6 bal arasında olduğu təxmin edilir.

Zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəldiyi də bildirilir. Zəlzələ bölgələrlə yanaşı, paytaxt Bakıda da hiss olunub.

Təbii fəlakətlə bağlı rəsmi məlumat hələ ki, yoxdur.

Xəbər lenti