Xəzər Xəbər

Milli Məclis fevral və martda daha 4 dəfə toplanacaq

Gündəm | 14:50 • 5 Fevral 2019
Milli Məclis fevral və martda daha 4 dəfə toplanacaq

Milli Məclisin fevral və mart aylarında keçiriləcək iclaslarının vaxtı bəlli olub.

Fevral ayında parlamentin daha iki iclası keçiriləcək.

Belə ki, fevralın 12-i və 22-də Milli Məclisin növbəti plenar iclaslarının keçirilməsi nəzərdə tutulub.

Mart ayının 5-də və 15-də isə parlamentin növbəti plenar iclaslarının keçirilməsi gözlənilir.

Martın 15-də keçiriləcək plenar iclasda Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı dinləniləcək.

Qeyd edək ki, fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilmişdi.

İclasın gündəliyinə 38 məsələ daxil edilmişdi.(modern.az)

Xəbər lenti