Xəzər Xəbər

Dövlət qulluğundan 700-ə yaxın VAKANSİYA 5 martadək qeydiyyat aparılacaq

Gündəm | 14:28 • 5 Fevral 2019
Dövlət qulluğundan 700-ə yaxın VAKANSİYA

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 25 dövlət orqanında dövlət qulluğu vəzifələrinin A (89 vəzifə) və B (605 vəzifə) növünə aid olan 694 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

DİM-dən XəzərXəbər-ə verilən məlumata görə, müsahibədə iştirak etmək üçün qeydiyyat martın 7-dək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər martın 7-si saat 18:00-dək (30 gün müddətində) "Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidirlər.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (521 vəzifə) tərəfindən təqdim olunmuşdur.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilmişdir:

Qida Təhlükəsizliyi Agentliyi (521 vəzifə) – AC1 altqrupu üzrə 2, AC3 altqrupu üzrə 14, AC4 altqrupu üzrə 62, BB3 altqrupu üzrə 192, BB4 altqrupu üzrə 251

Gənclər və İdman Nazirliyi (34 vəzifə) –AC3 altqrupu üzrə 4, BB3 altqrupu üzrə 7, BB4 altqrupu üzrə 23

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (16 vəzifə) –AB3 altqrupu üzrə 1, AC1 altqrupu üzrə 3, AC3 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 2, BB1 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 3, BB4 altqrupu üzrə 4

Maliyyə Nazirliyi (2 vəzifə) – BB2 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 1 vəzifə

Ali Attestasiya Komissiyası (2 vəzifə) – AB2 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 1 vəzifə

Bakı şəhəri Səbail Rayon Məhkəməsində (8 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 7 vəzifə

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində (12 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 11 vəzifə

Şəki Ağır Cinayətlər Məhkəməsində (6 vəzifə) – BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 5 vəzifə

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində BB4 altqrupu üzrə 6 vəzifə

Fizuli Hərbi Məhkəməsində BB2 altqrupu üzrə 3 vəzifə

Milli Televiziya və Radio Şurasında AA3 altqrupu üzrə 1 vəzifə

Hesablama Palatasında BA2 altqrupu üzrə 1 vəzifə

Şəki Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 20 vəzifə

Gəncə Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 7 vəzifə

Gəncə İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə

Gəncə şəhəri Nizami Rayon Məhkəməsində BB4 altqrupu üzrə 7 vəzifə

Lənkəran Rayon Məhkəməsində BB4 altqrupu üzrə 10 vəzifə

Sabirabad Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə

Şəki İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 5 vəzifə

Şirvan İnzibati-İqtisadi Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə

Şirvan Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 5 vəzifə

Tovuz Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

Beyləqan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə

Bakı Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 12 vəzifə

Salyan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

Ümumilikdə, müsahibəyəçıxarılmış 694 vakant vəzifənin 1- i 3-cü təsnifata, 2-si 4-cü təsnifata, 49- u 5-ci təsnifata, 43- ü 6-cı təsnifata, 599-u isə 7-ci təsnifata aid olmaqla,1-i AA, 2-si AB, 86-sı AC, 24-ü BA, 561-i isə BB vəzifə qrupuna aiddir.

Xəbər lenti