Xəzər Xəbər

Sülhməramlıların bir qrupu Əfqanıstana yola salındı

Gündəm | 12:08 • 23 Yanvar 2019
Sülhməramlıların bir qrupu Əfqanıstana yola salındı

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb.

NATO-nun "Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

Xəbər lenti