Xəzər Xəbər

Novruz Məmmədov bu qərarları ləğv etdi

Gündəm | 10:23 • 23 Yanvar 2019
Novruz Məmmədov bu qərarları ləğv etdi

Baş nazir Novruz Məmmədov üç dövlət qurumunun tərkibi haqqında qəbul edilmiş qərarları ləğv edib.

Bunlar "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2005-ci il 6 yanvar tarixli 2 nömrəli, "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası kollegiyasının tərkibi haqqında” 2006-cı il 30 iyun tarixli 161 nömrəli, "Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının kollegiyasının tərkibi haqqında” 2008-ci il 16 iyul tarixli 159 nömrəli qərarlardır.

Qərarların ləğvinə səbəb isə "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezidentin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə həyata keçirilir.

Xəbər lenti