Xəzər Xəbər

Davosda prezidentlə görüşə qatılan Samir Süleymanov kimdir?

Gündəm | 09:38 • 23 Yanvar 2019
Davosda prezidentlə görüşə qatılan Samir Süleymanov kimdir?
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşüb.


Görüşdə Dünya Bankında yüksək vəzifə tutan azərbaycanlı Samir Süleymanov da iştirak edib.



Məlumat üçün bildirək ki, S.Süleymanov 2016-cı ildə Dünya Bankının Strateji başçısı təyin olunub. O, daha əvvəl Dünya Bankının administrasiyasının daxili siyasət idarəsinin rəhbəri vəzifəsində çalışıb. 42 yaşlı Samir Süleymanov 1996-cı ildən Dünya bankında çalışır. Corctaun universitetinin məzunudur. 1993-cü ildə Vaşınqtona köçüb.

Evlidir, 3 övladı var.

Xəbər lenti