Xəzər Xəbər

Doha-Bakı-Doha aviareysi ləğv olundu

Gündəm | 13:42 • 19 Yanvar 2019
Doha-Bakı-Doha aviareysi ləğv olundu

Aviareysinin hansı səbəbdən təxirə salındığı bilinmir.

Yanvarın 19-da həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verilir ki, "Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 11:35-də "QR 351” saylı Dohadan Bakıya olan uçuşu ləğv olunub.

Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyi üçün "Qatar Airways”in yerli vaxtla saat 12:35-də Bakıdan Dohaya olan "QR 352” saylı uçuşu da ləğv edilib.

Aviareyslər "Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil. (Azərtac)

Xəbər lenti