Xəzər Xəbər

Sabah “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək

Gündəm | 10:57 • 19 Yanvar 2019
Sabah “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar "ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri - iş günü olacaq.


XəzərXəbər xəbər verir ki, 21 yanvar tarixindən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Hazırda 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Xəbər lenti