Xəzər Xəbər

Xəzərdə dəniz özüllərində vəziyyət stabildir

Gündəm | 11:09 • 18 Yanvar 2019
Xəzərdə dəniz özüllərində vəziyyət stabildir

Dəniz özüllərində vəziyyət stabildir. Hava şəraiti tədricən normallaşır. Daha əvvəl təxliyyə edilmiş həmkarlar günün ikinci yarısından etibarən özüllərə qayıtmağa başlayacaq və fəaliyyətlərini adi qaydada davam etdirəcəklər.

Bu barədə SOCAR-dan məlumat verilib.

Qeyd edək ki, ötən gecə dəniz özüllərimizdə qasırğanın şiddəti 144 km/saat (40 m/saniyə) həddinə yüksəlib, bəzi yerlərdə dalğanın hündürlüyü 10 metrdən çox olub.

Xəbər lenti