Xəzər Xəbər

Güclü küləyə görə xəstəxanalıq olanlar var? - RƏSMİ AÇIQLAMA

Gündəm | 16:41 • 17 Yanvar 2019
Güclü küləyə görə xəstəxanalıq olanlar var? - RƏSMİ AÇIQLAMA

Respublika ərazisində proqnozlaşdırılan xüsusi təhlükəli hava şəraiti nəticə xəsarət aldığına görə xəstəxanaya yerləşdirilən olmayıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, nazirin tapşırığına əsasən bütün tibb müəssisələri tam hazır vəziyyətdədir.

Xatırladaq ki, dünən səhiyyə naziri Respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə görüşüb. Nazir onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib. Digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqrammalar göndərilib.

Xəbər lenti