Xəzər Xəbər

Sabahkı kimi güclü külək Bakıda nə vaxtsa baş verib?

Gündəm | 19:05 • 16 Yanvar 2019
Sabahkı kimi güclü külək Bakıda nə vaxtsa baş verib?

Bakıda və Abşeron yarımadasında sabah hava kəskin dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabah şimal-qərb küləyinin 18-23 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyinin gözlənildiyini bildirib.

Maraqlıdır, görəsən, sonuncu dəfə Bakıda belə güclü külək nə vaxt qeydə alınıb?

Axar.az xəbər verir ki, Azərbaycanda sonuncu dəfə belə güclü külək 2007-ci il 24-25 fevral tarixlərində qeydə alınıb. İki gün davam edən şimal-qərb küləyinin maksimal sürəti 35-40 m/san təşkil edib.

Xəbər lenti