Xəzər Xəbər

FHN gücləndirilmiş iş rejimində çalışacaq

Gündəm | 18:35 • 16 Yanvar 2019
FHN gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq.

Nazirlikdən verilən məlumata görə, nazirliyin aidiyyəti qurumlarının yaxın iki gündə xüsusi rejimdə işləməsi ilə bağlı əmr imzalanıb:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığına əsasən, Abşeron yarımadası, Xəzər dənizi Akvatoriyasında və respublikamızın rayonlarında gözlənilən təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin və qəzaların vaxtında aşkarlanaraq qarşısının alınması, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri 17-18 yanvar tarixilərində gücləndirilmiş iş rejimində çalışacaq. Bununla əlaqədar Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr imzalanıb”.

Xəbər lenti