Xəzər Xəbər

Sabah universitetlərdə də dərs olmayacaq İmtahanlar təxirə salındı

Gündəm | 16:45 • 16 Yanvar 2019
Sabah universitetlərdə də dərs olmayacaq

Təhsil naziri Ceyhun Bayramov təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr imzalayıb.

Bu barədə XəzərXəbər-ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Təhsil Nazirinin əmri ilə bütün təhsil müəssisələrində təlim-tərbiyə ilə bağlı tədbirlər 17 və 18 yanvar tarixlərində təxirə salınır.

Bura bütün ümumtəhsil müəssisələri, peşə təhsili müəssisələri,orta ixtisas və ali məktəblərdə istənilən növ tədris tədbirləri- dərs,imtahan,kollokvium və sair daxildir. Eyni zamanda istər dövlət, istər özəl təhsil müəssisələri və uşaq bağçaları da bu siyahıya daxildir.

Universitetlər sabaha planlaşdırılan semest imtahanlarını da təxirə salıblar

Xəbər lenti