XəzərXəbər xəbər verir ki, kollegiya iclasında çıxış edən daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov bildirib ki, 2018-ci ildə Daxili İşlər Nazirliyi və Prokurorluq tərəfindən qeydə alınmış cinayət hadisələrinin açılması, cinayətlərin törədilməsində təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin saxlanılması, eləcə də cinayət işləri üzrə dəymiş maddi ziyanın ödənilməsi 100 faiz təmin edilib, insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmayıb.
Qanunsuz saxlanılan silahların yığılması istiqamətində də ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirlərinin nəticəsində vətəndaşlar tərəfindən 255 müxtəlif növ silah və xeyli sayda döyüş sürsatı təhvil verilib.
Muxtar respublikanın daxili işlər naziri qeyd edib ki, 2018-ci ildə ümumilikdə 1702 vətəndaş qəbul edilib və müraciətlərin əksəriyyəti həll olunub.
"Görülən tədbirlərin nəticəsidir ki, ötən il yol qəzalarının sayı 2017-ci illə müqayisədə 54 faiz azalıb. Muxtar respublikamızda biometrik şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı bütün texniki vasitələr quraşdırılaraq istifadəyə verilib. Hesabat dövründə maddi-texniki bazanın möhkəmləndirilməsi və infrastrukturun yenilənməsi istiqamətində də işlər davam etdirilib".