Xəzər Xəbər

Küləkli hava şəraiti davam edəcək - Sinoptiklərdən xəbərdarlıq

Gündəm | 14:01 • 10 Yanvar 2019
Küləkli hava şəraiti davam edəcək -

Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yanvarın 11-i gündüzdən 12-si gündüzədək cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.


Azərbaycanın rayonlarında da yanvarın 11-i və 12-də qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək.


Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 11-i gündüzdən 12-si gündüzədək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi proqnozlaşdırılır ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti