Xəzər Xəbər

Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıtdı

Gündəm | 10:23 • 10 Yanvar 2019
Əfqanıstandakı sülhməramlıların bir qrupu Azərbaycana qayıtdı

Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu vətənə qayıdıb.

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

Xəbər lenti